Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıq çərçivəsində tədris proqramlarında nəzərdə tutulan İİV infeksiyası və QİÇS modulu üzrə tibb işçilərinin nəzəri və praktiki biliklərinin artırılması məqsədilə növbəti tədris prosesi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin klinik bazasında həyata keçirilir.
Tədris prosesində iştirakçılar İİV infeksiyasının diaqnostikası, müalicəsi, profilaktikası, müasir yanaşmalar və pasiyentlərin idarə olunması ilə bağlı aktual məlumatlar əldə ediblər.
