preloader
İİV/QİÇS üzrə təhsil proqramlarının gücləndirilməsinə dair təlim keçirilib

İİV/QİÇS üzrə təhsil proqramlarının gücləndirilməsinə dair təlim keçirilib

İİV/QİÇS üzrə təhsil proqramlarının gücləndirilməsinə dair təlim keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə İİV/QİÇS üzrə təhsil proqramlarının gücləndirilməsinə həsr olunmuş 2 günlük təlim keçirilib.
Təlimdə Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı tibb kollecləri, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və TƏBİB müəssisələrindən 26 mütəxəssis iştirak edib.
İştirakçılar İİV epidemiyasının cari vəziyyəti, müasir diaqnostika və testləşmə alqoritmləri, profilaktika, ko-infeksiyalar, anadan uşağa ötürülmənin qarşısının alınması və müasir müalicə yanaşmaları mövzularında təqdimatlarla tanış olublar.
Tədbir interaktiv formatda keçirilib, mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.