preloader
Reklam monitorlarında QİÇS-ə aid xəbərdarlıqlar yayımlandı

Reklam monitorlarında QİÇS-ə aid xəbərdarlıqlar yayımlandı

Reklam monitorlarında QİÇS-ə aid xəbərdarlıqlar yayımlandı
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu il də 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində maarifləndirməyə xüsusi önəm verib. Çoxlu sayla vətəndaşımız Azərbaycan Dövlət Reklam Agentliyinin dəstəyi ilə ölkəmizdə mövcud olan ən böyük reklam monitorlarından riskli davranışlardan uzaq olmağın üstünlüyü, profilaktikanın müalicədən daha yaxşı olmasının əhəmiyyəti, nikahdan öncə mütləq İİV-ə görə müayinədən keçməyin vacibliyi, pis vərdişlərin yerinə işıqlı həyatı seçməyin zəruriliyindən bəhs edən videoçarxlarımızı izləyib. İnsanlar İİV və QİÇS şübhələrinə anonim və ödənişsiz qaydada son qoyacağı, statusunu öyrənəcəyi yeganə ünvanı dəqiqləşdirdilər. Haqqında danışdığımız elan və məlumatlar paytaxtımızın giriş-çıxış qapılarındakı küçələrdə, şəhərimizin mərkəzi prospektində, gündə on minlərlə adamın üz tutduğu meydanların yaxınlığında yayımlanır.
İİV infeksiyası ilə mübarizədə Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə əməkdaşlığına görə Azərbaycan Dövlət Reklam Agentliyinə təşəkkürümüzü bildiririk!