09 May 2024 | 04:12
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022” keçirilir

Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022” keçirilir

  • Əsas səhifə
  • -
  • Media
  • -
  • Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022” keçirilir
Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022” keçirilir

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022”-yə start verib.

Bu məqsədlə ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Cəlilabad Tibb Kollecində insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə aksiyaları keçirilib, müayinələr aparılıb. Tədbirlərdə 350-dən artıq müəllim, tələbə və təhsil ocaqlarında texniki sahədə çalışan işçilər sağlam həyat tərzləri barədə məlumatlandırılıblar. Universitet və kollecdə tələbələrə Mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib.

Tələbələri maraqlandıran suallar cavablandırılıb, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, təhsil müəssisələrində tələbələrə İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kütləvi maarifləndirmə tədbiri kimi, hər il 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində – noyabrın son həftəsində qeyd edilir. RQMM bu təşəbbüsə kollektiv şəkildə qoşulur. “Avropa İİV-ə testləşmə həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS (UNEYDS) üzrə Birləşmiş proqramının birgə təşəbbüsü ilə keçirilən kampaniyadır. Bu həftə ərzində ÜST-nin Avropa regionunun bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları təşkil olunur. Aksiyaların məqsədi regionda daha çox insanın İİV infeksiyasına münasibətdə özünün statusu barədə öyrənə bilməsi və bu xəstəliyin diaqnostikasında gecikmə probleminin minimuma endirilməsidir. Strateji planda “Avropa İİV-ə testləşmə həftəsi” erkən diaqnostika və müalicənin başlanması hesabına virusun sonradan ötürülməsinin qarşısını almaqla İİV infeksiyası epidemiyasına son qoymaq məqsədini güdür. Testləşmə kampaniyası kimi xeyirxah təşəbbüs 2013-cü ildə yaranıb və bu, hamı tərəfindən qəbul edilmiş Avropa hadisəsi sayılır.

Maarifləndirici tədbirlərin RQMM-in və onun bölgələrdəki laboratoriyalarının təşkilatçılığı ilə ölkəmizin bütün regionlarında keçirilməsi nəzərdə tutulur.  sehiyye.gov.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun