05 Oktyabr 2024 | 01:44
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib

Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib
Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib.

Məqsəd dünyada və Azərbaycanda mövcud epidemioloji vəziyyət barədə məlumat vermək, xəstəxanalar arasında informasiya mübadiləsi aparmaq,  insanın immunçatışmazlığı virusu (İİV) indikatorları sayılan xəstəliklər və onların əlamətlərinə dair müzakirələr təşkil etmək, tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydalarını aşılamaq idi.

Tədbiri giriş sözü ilə institutun direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev açaraq müzakirəyə çıxarılan məsələlərin aktuallığını vurğulayıb, iştirakçıları aktivliyə dəvət edib.

RQMM-in direktor müavini Səbinə Babazadə isə  Mərkəzin hazırda icra etdiyi işlər, üzərinə düşən vəzifələr haqqında ətraflı məlumat verib, İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb.

Müzakirə zamanı İİV-in ölkəmizdə yayılmasının qarşısının alınmasının, hər bir tibb işçisinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyinə diqqət çəkilib.

Tədbirdə, həmçinin RQMM-in Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri”, Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcud çətinliklər”, Mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyeva “Kontaktdan sonra profilaktika” və “Uşaqlar arasında İİV-ə müayinənin aparılması, İİV/QİÇS-in təsdiqlənməsi meyarları. Xəstəliyin kliniki gedişatı. ART haqqında ümumi məlumat” dair təqdimatları dinlənilib.

Çıxış edənlər İİV qrupu xəstəliklərinin diaqnostikası, müalicəsi və təmasdan sonrakı profilaktika ilə bağlı müfəssəl məlumat verib, tibb müəssisələri arasında əməkdaşlığın yaradılması, müayinələrin götürülməsi, nəqli, göndərilməsi kimi məsələlərə xüsusu maraq göstəriblər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun