09 May 2024 | 04:42
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV infeksiya xəstəliyinin ölkədə yayılması vəziyyəti

İİV infeksiya xəstəliyinin ölkədə yayılması vəziyyəti

  • Əsas səhifə
  • -
  • Epidemioloji vəziyyət
  • -
  • İİV infeksiya xəstəliyinin ölkədə yayılması vəziyyəti

Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi üzrə zəif olan ölkələr sırasında dayanıqlı yer tutur. Burada epidemiya uzun illərdir ki, yoluxma riski yüksək olan əhali təbəqəsi – inyeksion narkotik istifadəçiləri arasında yayılıb və bu kontingent ümumi İİV-lə yaşayan insanlar arasında nəzərə çarpacaq sayda yer tuturlar. Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxma hallarının 38,1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Səhiyyə Nazirliyinin daim dəstəyi və hərtərəfli təminatı sayəsində İİV infeksiyasının yayılmasını məhdud mərhələdə saxlamaq mümkün olub.

Yoluxan şəxslərin 69,8 faizi kişi, 30,2 faizi isə qadınlardır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 38,1 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 51,06 faizində heteroseksual, 3,8 faizində isə homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 5,5 faizində yoluxma yolu müəyyən edilməyib.

Son illər ərzində ölkəmizdə yayılan COVID-19 pandemiyası İİV infeksiyası ilə mübarizə sahəsinə təsirsiz ötüşməyib. Tətbiq olunan karantin rejimləri, o cümlədən sosial izolyasiya, nəqliyyat məhdudiyyətləri, bir çox tibb müəssisələrinin virusa yoluxmuşlar üçün profilləşdirilməsi,  İİV-lə mübarizə xidmətini də pandemiya ilə mübarizəyə cəlb edib. Belə ki, RQMM-in laborator xidmət bazasında COVID-19 infeksiyasının diaqnostikası təşkil olunub.

Regionlarla əlaqələrin məhdudlaşdırılması ilə bağlı regional laboratoriya və ART mərkəzlərinin dərman preparatları, reaktiv və digər materiallar ilə təminatı bilavasitə RQMM-in avtonəqliyyatı ilə təmin edilib. ART preparatları xəstələrə QHT-lər vasitəsi ilə çatdırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun