08 May 2024 | 22:43
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV və Hepatit B, C

İİV və Hepatit B, C

İİV və Hepatit B, C

                                                                Bunları bilmək vacibdir!

İnsanın immunçatışmazlığı virusu (İİV) və hepatit 20-ci əsrdə milyonlarla insanın həyatına son qoymuşdur. Bu problem bu gün də aktual olaraq qalır. Hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən təhlükəlisi isə odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir. Ona görə ki, həm İİV-in, həm də hepatit B, C-nin yoluxma və yayılma yolları demək olar ki, eynidir! Məhz bu səbəbdən İİV-ə yoluxma təhlükəsilə üzləşən insan çox vaxt hepatitə də yoluxa bilər. Eləcə də hepatitə yoluxma riski ilə qarşılaşan insan İİV-ə yoluxma təhlükəsi ilə də üzləşir.

                                                 İİV-dən özünü qoru! Bil ki, bununla sən

                                                 hepatit B və C-dən də qorunarsan!

 İİV və hapatit B,C-yə yoluxma yolları eynidir:

  • qan vasitəsilə
  • Qanköçürmə zamanı
  • Dezinfeksiya olunmamış qeyri-steril iynə və şprislərdən təkrar istifadə zamanı
  • Manikür, tatuaj, pirsinqedərkən qeyri-steril ləvazimatlardan istifadə zamanı
  • İstifadə olunmuş və üzərində qan qalıqları olan bərbər alətlərinin (üzqırxan, qayçı) və diş fırçalarının təkrarən istifadəsi zamanı
  • cinsi yolla
  • qorunmamış cinsi əlaqə zamanı
  • oral-genital kontaktlar zamanı yoluxmaq mümkündür, xüsusilə ağız boşluğunda açıq yara olduqda
  • İİV və hepatit B, C-yə yoluxmuş anadan uşağa
  • hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı

                                                       İİV və heptit B, C ilə çox vaxt risk qruplarına

                                                        aid olan insanlar yoluxurlar:

  • inyeksion narkotik istifadəçiləri
  • qoruyucusuz cinsi əlaqədə olan, həmçinin cinsi partnyorunu tez-tez dəyişən şəxslər
  • kişilərlə cinsi əlaqədə olan kişilər
  • İİV və ya hepatit B, C virusu daşıyanın cinsi partnyoru
  • pirsinq və tatuaj edənlər
  •  tibb işçiləri
  • tibbi müdaxilə (hemodializ, qanköçürmə, transplantasiya proseduru, stamatoloji   

   müayinə, cərrahi əməliyyat və s.) olunmuş şəxslər

  • məhbuslar
  • cinsi yolla yoluxan infeksiyası (qonoreya, xlamidiya və s.) olanlar
  • İİV və hepatit B, C-nin geniş yayıldığı regionlara səyahət edən insanlar

                                               İİV və hepatit B, C-dən necə qorunmaq olar?

          Bunun üçün adi qaydalara əməl etməli:

  • inyeksiya zamanı steril şpris və iynələrdən istifadə etməli
  • cinsi əlaqə zamanı qoruyucudan istifadə etməli
  • şəxsi gigiyena vasitələrindən (diş firçası, üzqırxan və manikür alətləri) fərdi qaydada istifadə etməli
  • tatuaj və pirsinq edən zaman birdəfəlik iynə  və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərlə işləyən ustanın xidmətlərindən istifadə etməli
  • cinsi partnyorlar vaxtaşırı diaqnostik müayinədən keçməli
  • hepatit B-yə qarşı peyvənd olunmalı

Düşünülməmiş addım atmaqla çox vaxt gənclər cinsi həyata

tez başlayır və infeksiyalara yoluxma təhlükəsilə üzləşirlər.

Diqqət! Erkən yaşda cinsi əlaqədə olmağa tələsmə!

Cinsi əlaqə zamanı mütləq qoruyucudan istifadə et!

                                                          Yoluxmanın ilkin əlamətləri hansılardır?

Xəstəliyin ilkin əlamətləri həm İİV, həm də hepatit B, C üçün eynidir: ümumi zəiflik, halsızlıq, baş ağriları, ürəkbulanma. Bu əlamətlər qrip və soyuqdəymə zamanı olan əlamətləri xatırladır. Bundan əlavə, qusma, öskürək, zökəm, temperaturun qalxması kimi əlamətlərdə ola bilər.

                                                         Viruslara yoluxmaqla bağlı şübhələr

                                                          səni narahat edirsə, nə etməli?

İİV-dən və hepatitdən qorunma qaydalarına əməl etmədiyin üçün həyəcan keçirirsənsə, onda vaxt itirmədən məsləhət üçün tibb müəssisəsinə müraciət et!

İİV-lə bağlı sualın yaranarsa, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin inam telefonuna zəng et!

 

İnam telefonu: (012) 510-08-69

Anonimliyə zəmanət verilir!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun