08 May 2024 | 19:25
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər üçün təlim keçirilib

İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər üçün təlim keçirilib

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər üçün təlim keçirilib
İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər üçün təlim keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Qlobal Fondun dəstəyi ilə Azərbaycanda risk qrupları arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxma hallarının qiymətləndirilməsi və virusla mübarizənin təkmilləşdirilməsi üçün yeni layihənin icrasına başlayıb.

Bununla əlaqədar, “İnteqrasiya olunmuş davranış və bioloji nəzarət üzrə tədqiqat”a start verilib və təlim kursu keçirilib. Təlimə İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər cəlb olunub. Onlar ölkəmizin 9 regionunda seçmə üsulu ilə aparılacaq tədqiqatlarda iştirak edəcəklər.

Məqsəd İİV-ə yoluxmağa yüksək risk təşkil edən əhali qrup nümayəndələrinin davranışlarının tədqiqi və virusun yayılma səviyyəsinin dəqiq öyrənilməsidir.

Təlimdə iştirakçılara yeni tədqiqat üsulu ilə bağlı ətraflı məlumat verilib, prosesin icra ardıcıllığı slaydlarla əyani izah edilib, hədəfə çatmaq üçün görüləcək digər işlər müzakirə olunub.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun