Azərbaycan Respublikasında yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib. Nəticə olaraq, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib. 2023-cü ilin əvvəlindən başlayaraq…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar”AVM-də maarifləndirmə aksiyası keçirilib. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib. Ticarət mərkəzində yaradılmış güşədə sağlamlığa ciddi təhlükə…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib, müayinələr aparılıb. “ASAN xidmət”in əməkdaşlarına, “ASAN Könüllülər” Təşkilatının üzvlərinə sağlamlığa ciddi təhlükə…
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa QİÇS Klinik Cəmiyyəti (EACS) səhiyyə müəssisələrində İİV-lə bağlı bilik və davranışları qiymətləndirmək məqsədilə sorğu həyata keçirir. Əgər sən də səhiyyə sektorunda fəaliyyət göstərirsənsə, bu sorğuda iştirak edə bilərsən. Sorğu anonim…
Azərbaycanın səhiyyə naziri Bakıda keçirilən Tibb Təhsili üzrə Beynəlxalq Konfransın açılışında çıxış edib Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti…
Səhiyyə Nazirliyində ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Klugenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Aİ-dəki nümayəndəsi Oksana Domenti, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande…
Sentyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yenilənmiş xidmətlər zərfinin təqdimat mərasimi keçirilib. Tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin bir neçə üzvü, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Azərbaycana iki günlük səfər edən Avropa Birliyinin Narkotik və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) mütəxəssisləri ilə görüş keçirilib. Görüşdə inyeksion narkotik istifadəçiləri arasında həyata keçirilən opioid əvəzedici terapiyanın tətbiqi, İİV-ə yoluxan inyeksion narkotik…
Türkiyə Respublikasının paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, Səhiyyə sahəsində siyasət və tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə “Şərgi Avropa və Mərkəzi Asiya ölkələrinin əsas əhali qrupu üçün dayanıqlı xidmətin təmini” mövzusunda beynəlxalq tədbir keçirilir. Tədbirə İİV-ə (insanın immunçatışmzalığı virusu) testləşmə strategiyasına…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə ”Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda sentyabrın 14-də Bakıda ikigünlük…