Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Aynur…
Bakıdakı “İdrak” liseyində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə liseyin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV), törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxma yolları barədə…
Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib. Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS-in yoluxma tarixinə, yayılmasına diqqət çəkib.…
Bu gün Azərbaycanın incisi, qədim tarixi memarlıq abidəsi olan Qız qalası bütövlüklə qırmızı rəngə boyadıldı. Bu, QİÇS-in simvolu olan lentin rəngi idi. Qız qalası 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar işıqlandırıldı. Tədbir Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə…
Azərbaycan Texniki Universitetində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri ilə görüş keçirilib. RQMM-in direktoru Famil Məmmədov tələbələri Azərbaycanın zəngin tarixə malik, ilk ali təhsil ocağında təhsil almaları münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb. Direktor…
Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında İİV-in erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb. Tədbiri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Quba Regional Laboratoriyasının əməkdaşları təşkil ediblər. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyalarda…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının mütəxəssisləri Ağdaş Peşə Məktəbində İİV-lə bağlı maarifləndirmə aksiyası təşkil ediblər. Həkimlər İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib, bu virusa yoluxanların bir çox xəstəliklərə…
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) Şəki Regional Laboratoriyasının əməkdaşlarının təşkil etdiyi aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbir iştirakçılarına…
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında İİV-in erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb. Tədbiri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şamaxı Regional Laboratoriyasının əməkdaşları təşkil ediblər. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyalarda insanlar…