29 Aprel 2024 | 09:45
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İştirakçıları salamlayan RQMM-in direktoru Famil Məmmədov konfransın işinə uğurlar arzulayıb. Bildirilib ki, HİK Mərkəzin sosial həyatı ilə yanaşı, digər işlərində də əhəmiyyətli rol oynayır.

Daha sonra sədr Ədilə Rzayeva HİK-in fəaliyyəti haqqında hesabat verib. HİK-in təftiş komissiyasının hesabatı dinlənildikdən sonra yeni tərkibin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə formatında keçirilən seçkidə HİK-in yeni tərkibi seçilib.

Gündəliyə uyğun olaraq HİK-in yeni sədrinin seçilməsi ilə bağlı konfrans iştirakçılarının təklifləri dinlənilib. Təkliflərə əsasən, HİK-in hazırkı sədri, RQMM-in Qəbul şöbəsinin müdiri Ə.Rzayevanın yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif konfransın sədri tərəfindən səsə qoyulub və iştirakçıların yekdil rəyi ilə Ədilə Rzayeva növbəti müddətdə RQMM HİK-in sədri seçilib. Eyni zamanda, Ədilə Rzayeva Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Qurultayına nümayəndə seçilib. Konfransda RQMM HİK-in təftiş komissiyasının yeni tərkibi də təsdiq edilib.

Sonda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavinləri Cavid Məmmədov, Qönçə Abdullayeva və RQMM-in direktoru Famil Məmmədov çıxış edərək yeni seçilən heyətə öz tövsiyələrini veriblər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun