05 May 2024 | 02:25
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Dövlət Miqrasiya Xidmətində maarifləndirmə tədbiri keçirib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Dövlət Miqrasiya Xidmətində maarifləndirmə tədbiri keçirib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Dövlət Miqrasiya Xidmətində maarifləndirmə tədbiri keçirib
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Dövlət Miqrasiya Xidmətində maarifləndirmə tədbiri keçirib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) mütəxəssisləri Dövlət Miqrasiya Xidmətində (DMX) İİV-lə bağlı maarifləndirmə tədbiri keçiriblər.
Tədbirin açılış hissəsində kütləvi maarifləndirmənin zəruriliyindən söz açılıb. Ümumi əhali və risk qrupları arasında görülən işlərdən danışılıb, dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verilib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlər bölüşülüb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu vurğulanıb, bildirib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
İştirakçılar mütəxəssislərin “Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri. İnfeksiya və xəstəliyin idarə olunmasında müasir yanaşmalar”, “RQMM-də göstərilən xidmətlər: müayinələr, TÖP, TSP, anonim müayinə və məsləhət” adlı təqdimatlarını maraqla dinləyib.
Sonda həkimlərə ünvanlanan fərdi suallar cavablandırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun