03 May 2024 | 14:51
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Perinatal Mərkəzində tibb işçiləri üçün təlim keçirib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Perinatal Mərkəzində tibb işçiləri üçün təlim keçirib

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Perinatal Mərkəzində tibb işçiləri üçün təlim keçirib
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Perinatal Mərkəzində tibb işçiləri üçün təlim keçirib
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Lənkəran rayonunda “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq: ana ölümünün sıfıra endirilməsinə doğru” pilot layihəsinin icrasına start verilib.
Bu məqsədlə Lənkəran Perinatal Mərkəzində rayon mərkəzi xəstəxanasında, Ailə Sağlamlıq Mərkəzində, tibb məntəqələrində fəaliyyət göstərən tibb işçiləri üçün İİV infeksiyasının aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təlimlər keçirilib. Layihənin icrası Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə yanaşı, İçtimai Səhiyyə və İslahatlar Mərkəzi və digər dövlət tibb qurumlarının iştirakı ilə 2 il ərzində davam etdiriləcək. Bu müddətdə tibb personalının potensialının artırılması, klinik protokolların, metodiki vasitələrin yenilənməsi və əhali arasında maarifləndirmə işinin aparılması nəzərdə tutulub.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun