05 May 2024 | 02:09
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Xaçmaz rayonundakı orta məktəblərdə də maarifləndirici tədbirlər keçirilib

Xaçmaz rayonundakı orta məktəblərdə də maarifləndirici tədbirlər keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Xaçmaz rayonundakı orta məktəblərdə də maarifləndirici tədbirlər keçirilib
Xaçmaz rayonundakı orta məktəblərdə də maarifləndirici tədbirlər keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Xaçmaz rayonundakı orta məktəblərdə “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirici tədbirlər keçirilib.

Ümumilikdə 9 orta məktəbin yuxarı sinif şagirdlərinin və müəllimlərinin iştirak etdiyi aksiyalarda məqsəd sağlam həyat tərzini təbliğ etmək, məktəbliləri QİÇS, eləcə digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət idi.

Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisləri İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) aydınlıq gətiriblər. Onlar xüsusi təqdimatlarında gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını slaydlarla nümayiş etdirib, bu virusun daşıyıcısı olan insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.

Sonda şagirdlərin mövzu ilə əlaqəli suallarına cavab verilib, onlara virus və xəstəliklə bağlı maarifləndirici bukletlər paylanıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun