04 Oktyabr 2024 | 23:58
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Yoluxma halının araşdırılması

Yoluxma halının araşdırılması

Bu məqsədlə xəstənin təkrar qan nümunəsi bir daha müayinə üçün epidemioloq tərəfindən götürülür və müsbət nəticə alındıqda, bu hal İİV-ə yoluxma ehtimalını daha yüksək risklə mövcudluğunu ciddi hesab etməyə əsas verir. Başqa bir test-sistemlə qan nümunəsi üçüncü dəfə yoxlanılır və onun müsbət nəticəsi dördüncü – sonuncu dəfə yoluxmanın təsdiqi məqsədilə immunoblotinq üsulu ilə İİV-ə əkscisimlərin mövcudluğu məqsədilə aparılır.

İİV infeksiyaya yoluxma halının təsdiqi, laborator, epidemioloji və klinik məlumatlar Mərkəzin müvafiq strukturlarının təqdimatı əsasında Ekspert Şurasının qərarı ilə qəbul edilir.

Vətəndaşın ikinci müayinəsi müsbət nəticə verdikdə epidemioloq tərəfindən yoluxmanın epidemioloji araşdırılması həyata keçirilir. Yoluxma mənbəyi axtarılır və nəticə digər bir fərd olduqda, onun da ətrafında epid araşdırma tədbirləri icra olunur. Bəzi hallarda araşdırmalar nəticəsində bir neçə mənbə təyin oluna bilər.

Epid araşdırma sənədinin tərtibatı ilə yanaşı, vətəndaşdan başqalarını bilərəkdən İİV-ə yoluxdurmağa görə cinayət məsuliyəti daşıması barədə xəbərdarlıq  iltizamnaməsi alınır və hər iki sənəd onun tibbi sənədlər toplusunda və eyni vaxtda ayrılıqda saxlanılır.

Xəstəni tezliklə müalicə proqramına cəlb etmək məqsədilə ona məlumatlandırılmış razılığı əsasında, antiretrovirus müalicəsi başlanılır. Vətəndaş Ekspert Şurasının qərarı və onun əsasında qeydiyyat kodunu aldıqdan sonra epidemioloji nəzarət və profilaktika şöbəsinə, tibbi sənədlərini dispanser müşahidə və ambulator müalicə şöbəsinə təqdim edir. Nəzərə alınmalıdır ki, bütün müayinə, sorğu və gələcəkdə müalicəyə qoşulma prosedurları dövründə vətəndaş yalnız könüllü tərzdə iştirak edir. 

İİV-li xəstələrin aşkarlanma prosesindən başlayaraq diaqnozunun təsdiqi və tibbi yardımla təminatadək, müşayiət və tədqiqat fəaliyyətləri ilə yanaşı, epidemioloqlar bu proseduru yarıda qoyan və şüurlu surətdə yayanların axtarılmasına, onların müalicəyə çatdırılmasına səylər göstərirlər.

Praktiki təcrübədə qan nümunələrinin hər hansı səbəbdən nişanlanmasında səhv buraxılma nəticəsində baş  verə biləcək halların araşdırılması, təqsirkarların müəyyən edilməsi, məsuliyyət dərəcələrinin təyin olunması və bu barədə ölçünün mütləq götürülməsinə nəzarət edilməsi epidemioloq tərəfindən həyata keçirilir.

Epidemioloji nəzarət və profilaktika şöbəsi fəaliyyət göstəricilərinin dürüstlüyü və tətbiq etdiyi mübarizə metodlarının səmərəliyinin təsdiqi məqsədilə vaxtaşırı kəşfiyyatçı epidemioloji nəzarət tədqiqatı təşkil edir və nəticələri dürüst mübarizə istiqamətlərinin seçilməsində aparıcı meyyarlar kimi qiymətləndirilir. Bu tədqiqatlar olduqca böyük iş potensialı və vaxt tələb etdiyinə baxmayaraq planlaşdırma, proqnozlaşdırma istiqamətində əvəzsiz rola malikdir.

Epidemioloji nəzarət və profilaktika şöbəsi kütləvi maarifləndirmə və müayinə aksiyalarını təşkil edir. Tədris müəssisələri və yuxarı sinif şagirdləri arasında İİV-lə mübarizə üzrə kompleks biliklərin yayımlanması, təbliğat və təşviqat materiallarının tərtibi də bu şöbənin fəaliyyətinə daxildir.

Şöbənin fəaliyyət sahələrinə elmi praktik konfransların, treninq kurslarının KİV-lə əlaqələrin saxlanılması, digər ölkələrin təşkil etdiyi toplantıların izlənməsi, onların ünvanına elmi məqalə və tezislərin göndərilməsi də aiddir.

Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları, onların İİV-lə bağlı fəaliyyətlərinin uzlaşdırılması və birqə tədbirlərində iştirak edilməsi şöbənin profilaktika istiqamətli fəaliyyətinin saxələrindədir.

no images were found

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun