Türkiyənin İstanbul şəhərində Qlobal Fondun və UNAİDS-ın təşkilatçılığı ilə Optima HİV proqramının idarə olunması ilə bağlı Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli məsləhətçilərin görüşü keçirilib.
Tədbirdə ölkəmizi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru və müavini, Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil ediblər.
Konsultativ yığıncaqda İİV infeksiyası ilə mübarizə tədbirlərinin təkmilləşdirilməsi, epidemioloji məlumatların təhlili, risk qrupları arasında həyata keçirilən proqramların səmərələşdirilməsi, İİV-ə yoluxmuş şəxslərin Antiretrovirus terapiyasının əhatə dövriyyəsinin genişləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.