Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının əməkdaşlarının təşəbbüsü ilə maarifləndirici aksiya təşkil olunub. Tədbirdə tələbələrə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) və Qazanılmış İmmun Çatışmazlıq Sindromuna (QİÇS) dair məlumat verilib, sağlam davranışlar təşviq olunub və…
BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə 181 nömrəli tam orta məktəbdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri…
BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə 39 nömrəli tam orta məktəbdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri keçirməyi planlaşdırır. Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatının iştirak edəcəyi bu müayinə və maarifləndirmə kampaniyası noyabrın son həftəsi baş tutacaq. “Avropa İİV-ə testləşmə…
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib. Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Hemofiliya və talassemiyadan əziyyət çəkən…
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi İİV/QİÇS infeksiyasının qarşısının alınması istiqamətində maarifləndirmə fəaliyyətinə xüsusi diqqət yetirir. Məqsəd əhalinin İİV infeksiyası, onun ötürülmə yolları, profilaktik tədbirlər, erkən diaqnostika və müalicə imkanları barədə məlumatlılıq səviyyəsini artırmaqdır. Bu məqsədlə Mərkəzin əməkdaşları insanların sıx…
Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Görüşdə, həmçinin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə də iştirak ediblər.…