05 Oktyabr 2024 | 01:12
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

                    AZƏRBAYCAN RESPUBLIKASININ SƏHİYYƏ NAZIRLIYI

                    ƏMR

No 22                                                                                                                                                                                                                                           05.04.2019-cu il

“Respublikada “Immunlaşdırma

həftəsi”nin keçirilməsi barədə”

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu tədbirdə iştirak edir.

2019-cu ildə də bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

  1. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən 2019-cu ilin 24-30 aprel tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “Immunlaşdırma həftəsi” keçirilsin.
  2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılsın:

2.1. hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların siyahısı hazırlansın və “Immunlaşdırma həftəsi” ərzində onların peyvəndlərə cəlb edilməsi təmin edilsin;

2.2. immunlaşdırma tədbirləri barədə əhali arasında maarifləndirmə işinin aparılması təmin edilsin;

2.3. “İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumat 10 may 2019-cu il tarixədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilsin.

  1. Respublikanın şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılsın ki, immunlaşdırma tədbirlərinin təşkilinə və aparılmasına nəzarət təmin edilsin.
  2. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun vəzifəsini icra eden I.Abdullayevə tapşırılsın:

4.1. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi təmin edilsin;

4.2. cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasında “İmmunlaşdırma həftəsi”nə həsr olunmuş dəyirmi masa keçirilsin;

4.3. “Immunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumat 15 may 2019-cu il tarixədək Səhiyyə Nazirliyinə təqdim edilsin.

  1. Səhiyyə Nazirliyinin baş məsləhətçi-mətbuat katibi P.Abubəkirova tapşırılsın ki, “İmmunlaşdırma həftəsi” barədə kütləvi informasiya vasitələrində müvafiq məlumatların verilməsi təşkil edilsin.
  2. Əmrin icrasına nəzarət nazir müavinləri.Nigar_Əliyevaya və Rahim Əliyevə həvalə edilsin.

 

 Nazir                                                                                                                                                                                                                                    Oqtay Şirəliyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun