Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “Autriç işinin təşkili və vəzifələri, Təmasdan öncə (TÖP) və Təmasdan sonra (TSP) profilaktika, Ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda növbəti təlim keçirilib.
Təlimə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökumət təşkilatlarının əməkdaşları cəlb edilib.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilib, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilib, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunub. Təlimçilərin Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, həssas qrup nümayəndələrinin TÖP proqramına daxil edilməsi meyarları, Ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi, Autriç işinin təşkili və vəzifələri, Stiqma və diskriminasiya mövzularında xüsusi hazırlanmış təqdimatları maraqla qarşılanıb.
Sonda iştirakçılara sertifiikatlar təqdim edilib.
