preloader
Respublika Humanitar Fənlər Gimnaziyasında İİV-lə bağlı maarifləndirici tədbir keçirilib

Respublika Humanitar Fənlər Gimnaziyasında İİV-lə bağlı maarifləndirici tədbir keçirilib

Respublika Humanitar Fənlər Gimnaziyasında İİV-lə bağlı maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə gimnaziyanın şagirdləri və müəllimləri iştirak ediblər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Emilya Şahbazova şağırdlər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıblar.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim olunub.