preloader
“Park Bulvar”da İİV-lə bağlı müayinələr aparılıb

“Park Bulvar”da İİV-lə bağlı müayinələr aparılıb

“Park Bulvar”da İİV-lə bağlı müayinələr aparılıb

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar” ticarət mərkəzində maarifləndirmə və müayinə aksiyası keçirilib. Aksiyanın məqsədi ölkəmizdə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən mərhələdə aşkarlamaq olub. Tədbir çərçivəsində vətəndaşlar öz İİV statuslarını müəyyənləşdirmək imkanı əldə ediblər.
Aksiya zamanı vətəndaşlara ödənişsiz və anonim şəkildə İİV üzrə ekspress-testdən keçmək imkanı yaradılıb. Bununla yanaşı, İİV/QİÇS mövzusunda məlumatlandırıcı broşür və bukletlər paylanıb, xəbərdaredici informasiya təqdim edilib.