preloader
Cenevrədə İİV-ə testləşmə üzrə strategiyanın təkmilləşdirilməsinə dair regional konfrans keçirilir

Cenevrədə İİV-ə testləşmə üzrə strategiyanın təkmilləşdirilməsinə dair regional konfrans keçirilir

Cenevrədə İİV-ə testləşmə üzrə strategiyanın təkmilləşdirilməsinə dair regional konfrans keçirilir

Fevralın 13-15-də İsveçrənin Cenevrə şəhərində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya regionunda İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) testləşmə hədəfləri üzrə strategiyanın təkmilləşdirilməsinə həsr olunmuş regional konfrans keçirilir. Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov təmsil edirlər.

Tədbirdə İİV-lə  mübarizə sahəsində region ölkələrinin təcrübələri və nailiyyətləri barədə məruzələri dinləniləcək, məqsədyönlü və səmərəli test strategiyalarının müəyyən edilməsi, İİV-ə yoluxma riski yüksək olan əhali arasında testləşmənin gücləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.