09 May 2024 | 06:16
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bu ilin beş ayında 341 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb – STATİSTİKA

Bu ilin beş ayında 341 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb – STATİSTİKA

  • Əsas səhifə
  • -
  • Epidemioloji vəziyyət
  • -
  • Bu ilin beş ayında 341 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb – STATİSTİKA
Bu ilin beş ayında 341 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb – STATİSTİKA

Azərbaycanda İİV/QİÇS-ə yoluxma əsasən yüksək riskli qruplar arasında yayılır. Vətəndaşlar arasında 1987-2022-ci illərdə aşkar olunan İİV-ə yoluxma hallarının 36,7 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Son illər digər region ölkələrində olduğu kimi, Azərbaycanda da heteroseksual yoluxma yolu üstünlük təşkil edir.

2022-ci ilin ilk 5 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 341 olub. Onlardan 336-sı Azərbaycan vətəndaşlarında, 5-i isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 336 ölkə vətəndaşlarından 229-u kişi, 107-si qadındır. Hazırda 17 hamilə qadın RQMM-də qeydiyyatdadır. Onların hamısına AUÖP aparılır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi vaxtdan cari ilin 5 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı  qeydiyyata alınıb. Onlardan 5704-ü kişi, 2498-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1972 nəfər, İİV infeksiyasından dünyasını dəyişmişlərin sayı isə 1191 nəfərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülən ölkə vətəndaşlarından 36,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 52,5 faizində heteroseksual, 4,3 faizində  homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 4,9 faizində yoluxma yolu müəyyən edilməyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 2006-cı ilin avqustundan tətbiq edilən antiretrovirus terapiyaya hazırda 7390 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 312-sinə müalicə bu ilin ilk 5 ayı ərzində başlanılıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində COVID-19 pandemiyası ilə mübarizə davam etdirilir. Mərkəzin laborator xidmət bazasında COVID-19-un diaqnostikası aparılır.    

Regional laboratoriya və ART mərkəzlərinin dərman preparatları, reaktiv və digər materiallar ilə təminatı bilavasitə RQMM-in nəzarəti ilə həyata keçirilir. ARV preparatların xəstələrə çatdırılması Mərkəzin regional laboratoriyaları tərəfindən təmin olunur.

Əhali, xüsusilə də gənclər arasında İİV/QİÇS-lə mübarizə istiqamətində həyata keçirilən təbliğat və maarifləndirmə işləri diqqət mərkəzində saxlanılır. 2022-ci ilin fevralında “Azərbaycanda əsas əhali qrupları arasında zərərin azaldılması layihəsi” çərçivəsində RQMM-in təşəbbüsü ilə silsilə təlimlər keçirilib. Bu ilin fevralında Respublika Perinatal Mərkəzində RQMM və Ölkə Əlaqələndirmə Komissiyasının təşkilatçılığı ilə İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin biliklərinin təkmilləşdirilməsi məqsədilə təlim təşkil edilib.

RQMM-in təşəbbüsü ilə mayın ikinci həftəsindən etibarən İİV-dən vəfat edənlərin anımı ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu işlər çərçivəsində 30 min könüllü müayinə olunub və 100 minədək insan maarifləndirici tədbirlərə cəlb edilib. Mütəxəssilər təqdimatlarla ölkədə və dünyada İİV-lə bağlı epidemioloji vəziyyəti, İİV-in yoluxma yollarını, onun törətdiyi fəsadları, müalicə və profilaktik tədbirlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

May ayı ərzində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Asan könüllüləri” üçün İİV infeksiyası ilə bağlı maarifləndirmə tədbiri təşkil olunub.

RQMM və ÖƏK-in təşəbbüsü ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi fəsadlar, sıfır ayrıseçkilik – stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə” adlı tədbir keçirilib. RQMM-in təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə İİV-lə təmasdan öncə profilaktikası (TÖP-PrEP) adlı pilot layihənin icrasına başlanılması ilə əlaqədar təlim keçirilib. 

Eləcə də, ay ərzində orta və ali təhsil müəssisələrində maarifləndirci tədbirlər təşkil edilib. İİV/QİÇS problemi üzrə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla da əməkdaşlıq davam etdirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun