09 May 2024 | 04:11
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

İİV infeksiyası və hamiləlik

İİV infeksiyası və hamiləlik

İİV infeksiyası və hamiləlik

            Hər bir hamilə qadın özünün və gələcək övladının sağlamlığına diqqətlə yanaşmalıdır.

İİV infeksiyası insanın immunçatışmazlığı virusu tərəfindən törədilən, immun sistemin spesifik zədələnməsi ilə xarakterizə olunan, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) gətirib çıxaran xəstəlikdir.

İİV immun sistemini zədələdikdə  insan müxtəlif infeksiyalara (vərəm, göbələk, hətta ümumi respirator virus infeksiyalara) müqavimət göstərə bilmir. Buna görə də İİV/QİÇS-lə mübarizədə virusun başqalarına ötürülməsinin qarşısının alınması profilaktikanın əsas məqsədidir.

                                                    İİV-in ilk əlamətləri aşağıdakılardır:

  • Qızdırma
  • Dəri və selikli qişada səpgilər
  • Limfa düyünlərinin böyüməsi və ya ağrılı olması
  • Öskürək, rinit, faringit
  • Çəkinin azalması
  • Davamlı və ya vaxtaşırı diareya (ishal)
  • Qaraciyər və dalağın ölçülərinin böyüməsi

                                       Yuxarıdakı əlamətlər olmada gizli mərhələ başlayır.

                                       Bu dövrdə yanaşı gedən xəstəliklər meydana çıxır:

                                       angina, pnevmaniya, herpes, göbələk infeksiyaları,

                                           bağırsaq infeksiyaları və onkoloji xəstəliklər.

                                                  İİV infeksiyasının risk faktorları:

  • İnyeksion narkotik istifadəsi
  • İİV-ə yoluxmuş insanla qorunmamış əlaqə
  • Steril olmayan tibbi avadanlıq və alətlər
  • Müntəzəm qanköçürmə, hemodializ əməliyyatı
  • Yoxlanılmamış qanın köçürülməsi
  • İİV infeksiyalı ananın hamiləliyi

                                                          İİV-ə bu yolla yoluxmaq mümkün deyil

  • Əl verib salamlaşmaq
  • Qucaqlaşmaq
  • Adi öpüşmək
  • Öskürmək
  • Asqırmaq
  • Ümumi telefondan istifadə etmək
  • Xəstəxanaya getmək
  • Qapıları açıp örtmək
  • Birgə yemək yemək
  • Eyni qab-qacaqdan istifadə etmək
  • Tualet və duşdan istifadə etmək
  • Ümumi hovuzda çimmək
  • Ağcaqanad və başqa həşaratların dişləməsi ilə

                                        Körpənin İİV infeksiyasına yoluxması bu hallarda baş verə bilər

  • Hamiləlik zamanı cift vasitəsi ilə
  • Dölyanı sular vasitəsilə və ya ehtiyatsız müayinə aparıldığı zaman
  • Doğuş vaxtı uşaq ananın qanını və ya uşaqlıq yolu ifrazatını udarsa
  • Ciftin vaxtından əvvəl uşaqlıqdan ayrılması və uşağın dəri səthinin zədələnməsinə gətirib çıxaran hər bir müdaxilə (məs; mamalıq maşaları və s.) olduqda
  • İİV infelsiyalı ana körpəsini əmizdirdikdə (heç bir halda buna yol vermək olmaz)

                                                                      Əgər anada…

  • İİV-in əlamətləri varsa
  • İmmun sistemi zəifləmişsə, cinsi yolla yoluxan infeksiyalar varsa (xlamidioz və s.)
  • Doğuş vaxtından əvvəl başlayıbsa
  • Hamiləlik zamanı müalicə aparılmayıbsa

Qadının İİV-ə yoluxması hamiləlik vaxtı baş veribsə, uşağın İİV-ə yoluxma riski arta bilər.

                              Uşağın İİV-ə yoluxma riskini azaltmaq üçün vacib göstərişlər

  • Anaya hamiləlik və doğuş zamanı, uşağa isə doğuşdan dərhal sonra antiretrovirus preparatlar təyin etmək körpənin ananın qanı ilə kontaktini (təmasını) azaltmaq üçün həkimlə birgə doğuşun növünü seçmək (təbii doğuş və ya keysəriyyə əməliyyatı)
  • Dölyani maye axdıqdan sonra, uşağın bətndə qalma müddətini azaltmaq
  • Ana südünün əvəzinə uşağa süni qidalar vermək

Bu kompleks tədbirlər virusun uşağa ötürülmə riskini xeyli aşağı salır.

                          Hamilələrin qadın məsləhətxanalarına ilk müraciətləri zamanı:

İİV-ə müayinə hamiləliyin əvəllində və 30-cu həftəsində aparilir. İİV infeksiyası aşkar olunan hamilə qadınlarda həmçinin cinsi yolla yoluxan infeksiyalar, C və B viruslu hepatitlər də yoxlanılır. Bu müayinələr  hamiləliyin erkən dövründə aparılır və hamiləliyin 28-ci həftəsində təkrar olunur. Məsləhətvermə və müayinə məxfilik prinsiplərinə uyğun olaraq aparılır.

İİV-ə yoluxmuş qadın ginekoloqla yanaşı, QİÇS mərkəzinin mütəxəssisinin müayinəsindən də vaxtaşırı keçməlidir. Müalicə antiretrovirus preparatlarla aparılır. Bu dərmanlar virusu orqanizimdən tam çıxarmasa da, bununla da orqanizmin fiziki vəziyyətinin yaxşılaşmasına və uşağın anadan yoluxma riskinin azalmasına kömək edir. Hamiləliyin 28-ci həftəsindən başlayaraq xüsusi antiretrovirus profilaktika təyin edilir. Bu dövrdə dərmanların düzgün dozada və cədvəl üzrə qəbulu vacibdir.

Hamiləlik qadının kaloriyə və zülala təlabatını artırır. Dölün inkişafı üçün fol turşusu, dəmir, kalsium və mayelər vacib olduğundan ananın rasionuna bu maddələrdən lazımi miqdarda əlavə etmək vacibdir.

Vaxtaşırı fiziki məşğələlər də faydalıdır. Bu məşğələlər əzələləri möhkəmləndirir, hamiləliyin və doğuşun gedişini asanlaşdırır.

                                                                               Yadda saxlayın!

Ananın anticisimləri yaş yarımına qədər uşağın bədənində qaldığından, bu müddətdə körpənin İİV statusunu dəqiq öyrənmək mümkün deyil.

Hazırda İİV ciddi və sağalmayan xroniki xəstəlik olsa da, bəzilərinin hesab etdiyi kimi ölümcül deyil.

Virus insanın orqanızmində bütün həyatı boyu qalır. Lakin, antiretrovirus preparatları işlənib hazırlanmışdır ki, bunlar İİV-ə əks təsir göstərir, İİV infeksiyasının QİÇS-ə keçməsinə mane olmaqla insanın immun sistemini qoruyur.

Müalicəyə başlamış insan bütün həyatı boyu onu davam etdirməlidir. Vaxında və düzgün aparılmış müalicə sayəsində bu xəstəliyə yoluxmuş insanın həyatı sağlam insanın həyatından tamamilə fərqlənməyə bilər.

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar qida məhsulları ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada pulsuz təmin olunurlar.

                                                                     

                                                                                Tibbi müayinə və məsləhətlər üçün əlaqə nömrəsi:

                                                                                Respublika QİÇS-lə Mübarizə Mərkəzi (012) 510-08-69.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun