Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə 2025-ci il üzrə təlim proqramı çərçivəsində “2025-ci il üzrə profilaktik proqramların qiymətləndirilməsi və yeni yanaşmalar” mövzusunda yekun təlim keçirilib.
Təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma riski yüksək olan əhali qrupları arasında profilaktik fəaliyyətlərə cəlb edilən qeyri-hökumət təşkilatlarında çalışan sosial işçilər üçün təşkil olunub. İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, eləcə də profilaktik proqramlarda yeni yanaşmaların tətbiqinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində “Azərbaycanda və dünyada İİV epidemiyası üzrə mövcud vəziyyət”, “Monitorinqlər zamanı qarşıya çıxan problemlər, tövsiyələr və onların icrası”, “2025-ci il üzrə profilaktik proqramların detallı qiymətləndirilməsi və yeni yanaşmalar” mövzularında təqdimatlar dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb. Təlim interaktiv formatda təşkil olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
